Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan – Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır

0

  •       2023 - cü il həm Azərbaycanın, həm də qardaş Türkiyə Cümhuriyyəti dövlətinin tarixində ən əlamətdar və ən möhtəşəm illərdən biridir. Belə ki, bu il Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunur və bu münasibətlə 2023 - il Ölkə Başçısı İlham Əliyevin fərmanı ilə Heydər Əliyev ili elan edilmişdir. Türkiyə Cümhuriyyətində isə 2023- cü il Türkiyə Cümhuriyyəti dövlətinin yaranmasının 100 illiyi böyük təntənə ilə qeyd olunur. Göründüyü kimi iər iki qardaş dövlət özünün parlaq, qürürla dolu günlərini yaşayır. Bu ili daha da əlamətdar edən başqa bir amil də qardaş ölkədə bu il keçirilən Prezident və Parlament seçkiləridir.​ ​ ​ ​ ​ ​
    ​Məlumdur ki , 2023 - cü il Cümhuriyyət tarixinin 100 illiyini böyük təntənə ilə qeyd etməyə çalışan qardaş Türkiyə fevralın 6 - da baş verən, ölkənin 11 bölgəsini əhatə edən 13 milyon nəfər əhalinin yaşadığı ərazidə baş verən dağıdıcı zəlzələ ilə sarsıldı. Demək olar ki, zəlzələ ərazisində bir dənə də salamat yaşayış binası qalmamışdı. Zəlzələ zamanı yüzlərlə insan yaralanmış, 50 mindən artıq Türkiyə vətəndaşı həyatını itirmişdi. Göründüyü kimi itgilər daha çox, dağıntıların miqyası isə daha geniş idi. Vəziyyətin olduqca ağır olmasına baxmayaraq ilk dəqiqələrdən Türkiyə hökuməti və xalq zəlzələdən zərər çəkmiş vətəndaşların köməyinə gəldilər. Qardaş ölkənin köməyinə kənardan özünü çatdıran ilk ölkə də Azərbaycan oldu. Dağıntının geniş miqyaslı olmasına baxmayaraq Türkiyə rəhbərliyinin iradəsi sayəsində zəlzələnin dağıntıları aradan qaldırıldı, evsiz qalmış vətəndaşlar çadır şəhərciklərində, konteyner evlərdə və digər məkanlarda yerləşdirildi. Ölkə Başçısı Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərçəkmiş vətəndaşlarla görüşdə onlardan evlərinin yenidən tikilməsi üçün bir il möhlət istəmişdi və aparılan işlər onu göstərir ki, Türkiyə Prezidentinin bu vədi də vaxtında reallaşacaqdır. ​
    ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Qardaş ölkədəki seçki ərəfəsində Türkiyəni və onun Prezidenti, dünya Liderlərindən biri olan Ərdoğanı sevməyən müəyyən qüvvələr zəlzələ faktorundan özlərinin siyasi məqsədlərinə nail olmaq məqsədilə istifadə etməyə, ölkədə qarışıqlıq salmağa çalışdılar. Bütün bunlara baxmayaraq Türkiyə xalqı yenə də öz Liderinə etimad göstərdi və Rəcəb Tayyib Ərdoğanı yenidən demokratik yolla Prezident kürsüsündə oturtdu. Türkiyə Prezidenti əvvəlki dönəmlərdə olduğu kimi Dövlət Başçısı sifəti ilə ilk səfərini Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca isə qardaş Azərbaycana etdi. İyunun 13 - də Azərbaycana səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşmüş, daha sonra bir çox görüşlər keçirmişdir. Türkiyə Prezidenti görüşlər zamanı "Öz vətənimə gəldim" deyərək vaxtilə Ümummilli Lider Heydər Əliyevin dediyi "Bir millət, iki dövlət" deyiminin nə qədər doğru olduğunu bir daha gözlərimiz önündə canlandırdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    ​Türkiyə Prezidenti iki qardaş ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı . Bu səfər zamanı Azərbaycanda Türkiyə - Azərbaycan universitetinin yaradılması da qərara alınmışdır. Eyni zamanda kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdən keçirilmişdir. Türkiyə Prezidenti Müdafiə Sənayesi sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olmasını da qeyd etmişdir. O, Azərbaycanın daha böyük inkişaf yolunda olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, 20 il bundan əvvəlki Bakı ilə indiki Bakını müqayisə etmək olduqca çətindir. İndi Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. ATƏT - in Minsk qrupunun 30 il Azərbaycanın başını qatmasına baxmayaraq, qardaş ölkə öz gücünü göstərərək torpaqlarını erməni işğalından azad etdi. Zəngəzur dəhlizinin açılmasının zəruri olmasını vurğulayan Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, yol mədəniyyətdir, onun qapalı qalması heç kəsə fayda verməz. Bu eyni zamanda Ermənistana da bir mesaj idi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ümumiyyətlə Türkiyənin Dövlət Başçısının Azərbaycana sonuncu səfəri hər iki qardaş ölkə üçün faydalı səfər olmuşdur. Rəcəb Tayyib Ərdoğanın biz hər an, hər yerdə birlikdəyik deyimləri dünyaya, ermənilərin havadarlarına da bir mesajdır ki, siz Azərbaycanı qarşınıza aldıqda bizi də qarşınızda görəcəksiniz. Rəcəb Tayyib Ərdoğanın, dövlət başçılarının qarşılanması və yola salınması protokol qaydalarından fərqli olaraq, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən özü tərəfindən yola salınması da iki ölkə arasında və ölkə Başçıları arasındakı qardaşlıq münasibətlərinin nə qədər dərin köklərə söykəndiyini görtərir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Eldəniz Məhərrəmov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib63 dəfə
    azərbaycan türkiyə dostluğu qardaşlığı sarsılmazdır

    Maraqlı gələ bilər
    50
    55
    40